Вернуться назад Распечатать

Ermənistanda demoqrafik boşluq: müxtəlif ölkələrdən vətəndaş qəbul edirlər

Ermənistanda sığınacaq üçün müraciət edənlərin statistikası ölkədəki demoqrafik və sosial vəziyyətlə bağlı yeni sualları gündəmə gətirib.

1xeber.media xəbər verir ki, Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə bu ölkədə sığınacaq almaq üçün 600 nəfər müraciət edib.

Müraciət edənlər arasında İran vətəndaşları üstünlük təşkil edir – 197 nəfər.

Bundan başqa, Ukraynadan 86, Rusiyadan 44, Əfqanıstandan 34, Misirdən 34, Kubadan 30, Suriyadan 29, İraqdan 27, Nigeriyadan 16 və Livandan 11 nəfər qeyd olunub.

Məlumata görə, Türkiyədən də 7 nəfər sığınacaq üçün müraciət edib. Onların arasında bir azyaşlı qız və 35 yaşdan yuxarı 6 kişi var. Ehtimal edilir ki, bu şəxslər erməni mənşəli Türkiyə vətəndaşları ola bilər.

Statistikada diqqət çəkən məqamlardan biri isə 2025-ci ildə bir Azərbaycan vətəndaşının da Ermənistanda sığınacaq üçün müraciət etməsi ilə bağlı məlumatdır. Açıq mənbələrdə həmin şəxsin 35–64 yaş aralığında kişi olduğu göstərilir.

Qeyd olunur ki, 2024-cü ildə Ermənistanda sığınacaq üçün müraciət edənlərin sayı daha çox olub - 665 nəfər.

Statistikaya ümumi baxış göstərir ki, Ermənistan müxtəlif regionlardan sığınacaq alan şəxslərin sayını artırmağa çalışır. Bu tendensiya ölkədə uzun müddətdir müşahidə olunan əhali azalması və miqrasiya problemləri fonunda diqqət çəkir.

Azərbaycan vətəndaşı ilə bağlı məlumat isə ayrıca suallar doğurur. Çünki bu qədər geniş interval konkret statistik təsnifatdan daha çox ümumi kateqoriya təəssüratı bağışlayır. Həmin şəxsin Qarabağdan köçmüş erməni əsilli şəxslərdən biri ilə bağlı olması ehtimalı da istisna edilmir. Bundan əlavə, həmin şəxsin Azərbaycanda yaşayan biri yox, Rusiyada və ya başqa ölkədə uzun müddət yaşamış, yaxud fərqli hüquqi statusa malik bir şəxs olması ehtimalı da mümkündür.