Вернуться назад Распечатать

Peskovdan Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA

Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsi gələn həftəyə planlaşdırılır.

1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, Kreml görüşün dəqiq tarixini və müddətini açıqlayacaq.

Bir müddət əvvəl mənbələr "Politico"ya yeni danışıqlar mərhələsinin keçirilə biləcəyini bildiriblər. Onların sözlərinə görə, görüş Əbu-Dabi və ya Mayamidə baş tuta bilər. Adları çəkilməyən amerikalı rəsmilər bu görüşdə "müəyyən irəliləyiş əldə edilə biləcəyinə" inandıqlarını bildiriblər.