Çində maaşını almayan işçi çalışdığı fabriki yandırıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fujian əyalətinin Quanzhou şəhərində qeydə alınıb.
Belə ki, beş gün üzrə 2 min yuan (493 manat) əməkhaqqını ala bilməyən işçi müəssisənin anbar hissəsində yanğın törədib. Alovun qısa zamanda genişlənməsi nəticəsində obyektə ciddi ziyan dəyib.
İlkin hesablamalara görə, hadisə 4 milyard yuan məbləğində maddi zərərə səbəb olub. Şübhəli saxlanılıb, faktla bağlı araşdırma aparılır.