Litva bu il Ukraynaya 223 milyon avroluq hərbi yardım göstərməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas açıqlama yayıb.
"Litvanın Ukraynaya hərbi yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur. Cari il üçün 265 milyon dollar (223 milyon avro) ayırmışıq və bu vəsait üç prioritet sahəyə xərclənəcək", - deyə nazir qeyd edib.