Emin Ağalarov təsdiqlədi: "Yelistarov və tərəfdaşları..."
“Samolet” Qrupunun keçmiş baş direktoru Anton Yelistratov Emin Ağalarov tərəfindən Xəzər sahilində inşa edilən Sea Breeze kurortunun ortaq investoru ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə E.Ağalarova istinadən Rusiyanın bir çox biznes saytları bu gün məlumat yayıb.
"Yelistratov və onun tərəfdaşları təxminən 500 min kvadratmetr əraziyə sahibdirlər", - deyə E.Ağalarov bildirib. O, həmçinin əlavə edib ki, Yelistratovun şirkəti də Özbəkistanda hazırda tikilməkdə olanSea Breeze layihəsinə də maraq göstərib.
Rusiyalı top-menecer Anton Yelistratov daşınmaz əmlak sektorunda son illərin ən diqqətçəkən idarəçilərindən biri hesab olunur. O, 17 iyul 1981-ci ildə Moskvada anadan olub. O, uzun müddət Rusiyanın aparıcı developer şirkətlərindən olan “Samolet” Qrupu-na rəhbərlik edərək şirkətin bazar liderinə çevrilməsində əsas fiqurlardan biri kimi tanınıb.
Yelistratov ali təhsilini Moskva Beynəlxalq Münasibətlər İnsitutunda alıb, daha sonra isə beynəlxalq biznes təcrübəsini artırmaq üçün Wharton Business School və Chicago Booth proqramlarında iştirak edib. O, 15 ildən artıq müddətdə tikinti, investisiya və strateji idarəetmə sahəsində fəaliyyət göstərərək iri layihələrin icrasında təcrübə qazanıb.
2018-ci ildə “Samolet”a qoşulan menecer artıq 2019-da şirkətin baş direktoru təyin edildi və bu postda İqor Yevtuşevskini əvəz edib. Onun rəhbərliyi dövründə şirkət IPO keçirdi, kapitallaşmasını bir neçə dəfə artırıb, Rusiyada tikinti həcminə görə lider mövqeyə yüksəldi və regionlarda geniş miqyaslı layihələrə başlayıb. Eyni zamanda, şirkətdə rəqəmsallaşma, süni intellekt tətbiqləri və yeni xidmət ekosistemləri inkişaf etdirilib.2023-cü ildə developerin GK MİS şirkətini alması bazarın ən iri daşınmaz əmlak sövdələşmələrindən biri sayıldı və “Samolet”in Moskva regionundakı mövqelərini xeyli gücləndirdi. Yelistratovun idarəçilik strategiyasında texnologiya əsas prioritetlərdən biri idi — onun dövründə tikintinin idarəsi və təhlükəsizliyinə nəzarət üçün çoxsaylı süni intellekt modelləri tətbiq olundu.
2024-cü ildə o, baş direktor postunu tərk edib. Əvvəl bu vəzifəni Andrey İvanenko, daha sonra isə Anna Akinşina icra etməyə başladı. Buna baxmayaraq, Yelistratov şirkətin səhmdarı və direktorlar şurasının üzvü olaraq qaldı.
Hazırda o, beynəlxalq bazarlara yönəlmiş yeni layihələrlə məşğuldur. Keçmiş həmkarı Yuri Fedçenko ilə birlikdə yaratdığı “Azurro Development” şirkəti Azərbaycan, Səudiyyə Ərəbistanı və Özbəkistan kimi inkişaf edən bazarlarda yaşayış layihələri planlaşdırır. Beləliklə, Anton Yelistratov müasir developer menecer modelinin nümunəsi kimi qiymətləndirilir: o, klassik tikinti biznesini texnologiya, maliyyə strategiyası və beynəlxalq genişlənmə ilə birləşdirərək həm regional, həm də qlobal bazarda mövqelərini gücləndirməyə çalışır.
Haqqin.az əvvəllər Rusiyanın üç ən böyük tikinti şirkətindən biri və mənzil sektorunda faktiki olaraq sistem baxımından əhəmiyyətli oyunçu olan “Samolet” in böyük borc böhranı ilə üzləşdiyini və Rusiya hökumətinə 48-50 milyard rubl (500-520 milyon ABŞ dolları) güzəştli kredit üçün müraciət etmək məcburiyyətində qaldığını bildirmişdi.
2021-ci ildə Kiyev Ploşad Qrupunun sahibləri və Rusiya daşınmaz əmlak bazarında "inkişaf kralları" kimi tanınan Azərbaycan milyarderləri Qod Nisanov və Zarax İliyev "Samolet"in səhmlərinin 10 faizini əldə etmişdilər. Lakin 2024-cü ilə qədər hər ikisi şirkətdən tamamilə çıxıb, bütün paylarını satmışdılar və təsdiqlənməmiş məlumatlara görə, bunun üçün təxminən 50-60 milyon dollar ödəmişdilər.