Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərlə bağlı yeni statistikanı açıqlayıb.
1xeber.media xəbər verir ki, artıq 30 min nəfər Ermənistan vətəndaşlığı alıb.
Nazirin sözlərinə görə, vətəndaşlıq əldə etmə mexanizmi sadələşdirilib və proses xeyli sürətləndirilib.
Sarkisyan bildirib ki, əvvəllər müvafiq elektron platformaya gündə orta hesabla 40 müraciət daxil olurdusa, hazırda bu rəqəm təxminən 200-ə yüksəlib. Bu isə müraciətlərin təxminən beş dəfə artdığını göstərir.