Вернуться назад Распечатать

Merts və Makron Avropanın nüvə təhlükəsizliyini müzakirə etdi

Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Avropanın nüvə gələcəyini müzakirə ediblər.

1xeber.media xəbər verir ki, Merts Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışında bildirib ki, Rəsmi Berlin və Paris ümumavropa nüvə müdafiə sisteminin yaradılması imkanlarını fəal şəkildə nəzərdən keçirirlər.

“Fransa Prezidenti ilə Avropanın nüvə təhlükəsizliyi ilə bağlı ilkin məsləhətləşmələrə başlamışıq”, – deyə Almaniya kansleri əlavə edib.