Вернуться назад Распечатать

NATO hava hücumundan müdafiə sistemlərində islahat aparmağı nəzərdən keçirir

1xeber.media xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) iyul sammiti üçün Ukraynadakı münaqişənin dərslərini nəzərə alaraq hava hücumundan müdafiə sistemlərində islahat hazırlayır.

Hesabatda deyilir ki, "İslahat, sülh dövründə dövlətlərin hava məkanını izləməyi özündə ehtiva edən hava polisi sistemindən raketlər və dronlardan istifadə edərək müdaxilələri və hücumları dəf etməyə yönəlmiş tam hüquqlu hava hücumundan müdafiə sisteminə keçidi nəzərdə tutur".