Türkiyənin paytaxtı Ankarada mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində 23 şübhəli həbs olunub.
1xeber.media xəbər verir ki, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Ankara Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi İ.Ş.-nin rəhbərlik etdiyi qruplaşmaya qarşı əməliyyat keçirib.
Araşdırma zamanı şübhəlilərin “soyğunçuluq”, “narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi”, “şəxsi istifadə üçün narkotik saxlanması”, “təhdid”, “lisenziyasız silah gəzdirmə və saxlama”, “silah-sursat qaçaqmalçılığı”, “cinayət sübutlarını məhv etmə və gizlətmə”, “məhkəmə prosesinə təsir göstərməyə cəhd” və “iş və əmək azadlığının pozulması” kimi cinayətlər törətdiyi müəyyən edilib.
Şübhəlilərin ev və iş yerlərində eyni vaxtda aparılan axtarışlar zamanı 1680 ədəd narkotik tərkibli həb, 125 ədəd sintetik narkotik, 7 qram marixuana, 3 tapança, 3 maqazin, 70 patron, ballistik jilet və detektor götürülüb.
Polis bölməsində aparılan prosedurlardan sonra saxlanılan şəxslər həbs tələbi ilə prokurorluğa göndərilib və növbətçi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.