Вернуться назад Распечатать

Ölkəmizə qarşı anti-milli mövqe sərgiləyən Emin Hüseynovun iç üzü...

Qadın paltarı geyinib səfirlikdə gizlənənlər...

1xeber.media xəbər verir ki, son zamanlar ölkəmizin bütün sahələrdə qazandığı uğurları görməzdən gələn bəzi qüvvələr şər-böhtan kompaniyaları başladıblar. Bu kompaniyanın aparıcı fiqurları isə xaricdə gizlənib mühacir həyatı yaşayan Emin və Mehman Hüseynov qardaşlarıdır.

Bu şəxslər kişiliyə yaraşmayan hərəkətlər edir, özlərinə isə bu və ya digər yollarla haqq qazandırmaq istəyirlər. Anti-milli mövqe sərgiləyərək dövlətimizə qarşı xəyanət mövqedə duran bu adamların istəkləri isə hər kəsə bəllidir. Müxtəlif sosial şəbəkələrdə ölkəmizin nüfuzuna xələl gətirən çıxışlar edərək özlərini milli fədai kimi təqdim etmək istəyirlər. Ancaq unudurlar ki, hər kəs onları yaxşı tanıyır. 

Hüseynov qardaşları unudurlar ki, 90 cı illər deyil. Azərbaycan güclü, demokratik dəyərlərə söykənən güclü bir dövlətdir. Və bir gün gələcək vətənimizə qarşı xain mövqedə dayanan bu ünsürlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər.