Вернуться назад Распечатать

Zaxarova Çin vətəndaşlarına Çin dilində müraciət edib

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Telegram kanalında Çin vətəndaşlarına Çin dilində Yeni il münasibətilə təbrik mesajı yayımlayıb.

"Artıq At ili gəlir və mən hamını yaz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu il Moskva və Pekin ilk dəfə birlikdə baharı qeyd edəcəklər!" - deyə diplomat bildirib.

O qeyd edib ki, 2026-cı ildə Moskva üçüncü dəfə Çin Yeni il şənliklərinə ev sahibliyi edəcək, Pekin isə eyni zamanda Maslenitsa bayramını qeyd edəcək.

Daha əvvəl xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin 2026-cı ildə Çinə səfərinə hazırlıqların aparıldığını açıqlayıb.