Kəşfiyyat Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, "ruslar enerji sektoruna qarşı sonrakı kütləvi zərbələrə hazırlaşırlar".
1xeber.media xəbər verir ki, Dövlət başçısı bunu axşam çıxışında açıqlayıb.
Siyasətçi deyib: "Kəşfiyyat bildirir ki, ruslar enerji sektoruna qarşı sonrakı kütləvi zərbələrə hazırlaşırlar. Hava hücumlarından müdafiə sistemləri düzgün qurulmalıdır. Rusiyanın hücumları, necə deyərlər, daim inkişaf edir".
Onun sözlərinə görə, birləşmiş zərbələr xüsusi qorunma tələb edir, buna görə də tərəfdaşlar tərəfindən hava hücumundan müdafiə raketlərinin çatdırılmasında gecikmə hücumlardan dəyən ziyanı artırır.
Zelenskiy daha əvvəl bildirib ki, 16 fevral gecəsi Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə qarşı raketlərdən istifadə edib.