1xeber.media xəbər verir ki, Britaniyanın "Financial Times" (FT) qəzetinin məlumatına görə, Ukraynanın keçmiş energetika naziri Herman Qaluşşenkonun həbsi Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasını ciddi şəkildə sarsıdan böyük korrupsiya qalmaqalının sonuncu epizodudur.
Nəşr qeyd edib ki, bu, Ukraynanın əsas tərəfdaşları arasında narahatlıq doğurub. Müəllif xatırladıb ki, Kiyev Qərb tərəfdaşlarından maliyyə vəsaiti axtarır və Avropa Birliyinə sürətləndirilmiş qoşulma üçün səy göstərir.
Qəzet vurğulayıb ki, "bu sxem geniş ictimai etirazlara səbəb olub və Zelenskinin administrasiyası üçün ən ciddi siyasi təhdidlərdən birinə çevrilib".
Ölkədən qaçmağa cəhd edən Qaluşşenkoya əvvəllər şübhə bildirişi göndərilib. Korrupsiyaya qarşı mübarizə aparan rəsmilər keçmiş nazirin çirkli pulların yuyulmasında iştirak etdiyini iddia edirlər.