
“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.
Bu fikirləri TƏBİB-in İcraçı Direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.
“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.
Mediada yayılan iddiaya görə, Vüqar Qurbanovun milyonlarla manat maliyyə pozuntusu üzə çıxıb.
milli.az TƏBİB-in artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsini əldə edib.
Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli “BMW X7” markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nörməsini də təsadüfən seçməyib.
Qeyd edək ki, sözügedən “BMW X7” markalı avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.
Azərbaycan24