Вернуться назад Распечатать

Səhiyyədə işdən azad edilmələr – Nəzrin də getdi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.

Bu barədə N.Adıgözəlzadə özü məlumat verib.

O bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb:

“Artıq iki həftədir ki, öz xahişimlə işdən çıxmışam. Yeni işlə bağlı təklif almışam, yaxın vaxtlarda buna dair açıqlama verəcəyəm”.

Qeyd edək ki, səhiyyə sahəsi TƏBİB sədri Vüqar Qurbanovun vəzifədən azad edilməsi və yeni təyinatlar gözləntisi ilə də gündəmdədir.