Вернуться назад Распечатать

Rusiyanın daha çox hərbi gəmiyə ehtiyacı var

NATO ölkələrinin yaratdığı təhdidlərə cavab vermək üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin daha çox yüksək texnologiyalı gəmiyə ehtiyacı var.

1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələri Şurasının sədri Nikolay Patruşev bunu aif.ru saytına verdiyi müsahibədə bildirib.

"Uzaq mənzilli dəniz və okean zonaları üçün bazalarından əhəmiyyətli məsafələrdə uzun müddət avtonom fəaliyyət göstərə bilən daha çox gəmiyə ehtiyacımız var", - Patruşev deyib.

Onun sözlərinə görə, dövlət yüksək texnologiyalı Hərbi Dəniz Qüvvələrinin inkişafına üstünlük verməlidir.