Вернуться назад Распечатать

Anasının yanından qaçırmaq istədiyi uşağın ayağını sındırdı - VİDEO

İtaliyada rumıniyalı bir kişi on səkkiz aylıq bir qız uşağını qaçırmağa cəhd edərkən onun ayağını sındırıb.

1xeber.media xəbər verir ki, Berqamodakı bir mağazada Rumıniya vətəndaşı uşağı olan bir qadına hücum edib. O, qızı anasından alıb qaçmağa çalışıb. Ana müqavimət göstərərək onun getməsinə mane olub, lakin mübarizə zamanı qızın ayağı sınıb. Həmin şəxs polis gəlməmişdən əvvəl ətrafdakı vətəndaşlar tərəfindən saxlanılıb.