1xeber.media xəbər verir ki, Kral Birləşmiş Xidmətlər Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun analitiki Castin Bronk Business Insider (BI)-yə bildirib ki, Rusiya Su-35S qırıcı təyyarələri uzun mənzilli R-37M hava-hava raketləri ilə silahlanmış potensial NATO hava əməliyyatları üçün ciddi təhlükə yaradır.
Qeyd olunur ki, Rusiya Su-35S və Su-30SM2 təyyarələri getdikcə uzun mənzilli raketlə silahlanmış kimi görünür. Bronk deyib: "[Bu təyyarələrə R-37M-in əlavə edilməsi] nəzəri olaraq NATO hava əməliyyatlarına yarada biləcəkləri təhlükəni əhəmiyyətli dərəcədə artırıb".
O qeyd edib ki, R-37M əvvəlcə MiQ-31 tutucuları üçün ixtisaslaşmış silah idi, lakin indi adi Su-35S qırıcı təyyarələrində müntəzəm olaraq istifadə olunur. Analitikin sözlərinə görə, yeni raket daşıyıcıları birbaşa toqquşma halında Rusiya təyyarələrinin NATO təyyarələrinə yarada biləcəyi təhlükəni artırır.