Artıq bir neçə gündür ki, Azərbaycan mediasının bir nömrəli gündəmi Münxen Təhlükəsizlik Konfransı zamanı Prezident və I Xanımın təxribatçı jurnalisti mahir şəkildə susdurmasıdır.
Sosial şəbəkələrdə bununla yanaşı daha bir məqam da böyük maraq və rəğbətlə müzakirə olunur. Bu isə Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkar və soyuqqanlı davranışıdır.
Videoda da əks olunduğu kimi antimilli jurnalist Emin Hüseynovun təxribat cəhdləri zamanı Təhlükəsizlik Xidmətinin rəisi Fərid Əsgərov vəziyyətə şəxsən, peşəkar və soyuqqanlı şəkildə nəzarət edir və yeri gəldikcə öz təlimatlarını verir.
Hətta bir məqamda Emin Hüseynov qəsdən iki mühafizəçinin şəxsi zonasına daxil olaraq onları gərginləşdirməyə, səs-küy salmağa və reaksiyaya vadar etməklə təxribata çəkməyə çalışır və bu zaman da Fərid Əsgərov dərhal xüsusi rabitə ilə komanda üzvlərinə tapşırıqlarını verərək vəziyyəti nəzarət altına alır.
Eyni peşəkarlıq I Vite-Prezidentə qarşı təxribat cəhdi zamanı da müşahidə olunur. Mühafizəçilər ustalıqla, amma heç bir müdaxilə etmədən təxribatçını təhlükəsiz məsafədə saxlayır, qısa dialoqda antimilli şəxs haqq etdiyi cavabını alır və bütün ölkə ilə bir olaraq rüsvay olur.
Beləliklə, futbol leksikonu ilə ifadə etsək müdafiəçilər səhvsiz oynayır, sonda isə nəticə məlumdur: 2:0 Qələbə!
azerbaycan24.com