Вернуться назад Распечатать

"Nyukasl" "Qarabağ"ın qapısından dördüncü qolu keçirib - CANLI (YENİLƏNİR)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

1xeber.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

XXX

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.

1xeber.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

XXX

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

1xeber.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

XXX

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

1xeber.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

XXX

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.

1xeber.media xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.