Fevralın 18-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ilə görüşüb.
1xeber.media xəbər verir ki, "söhbət Kremlin nümayəndəliyində baş tutub".
Bundan əvvəl Rodriges Parrilla müxtəlif səviyyələrdə bir sıra görüşlər keçirib, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə danışıqlar aparıb.