Вернуться назад Распечатать

Bu ərazilərdə şagirdlərin məktəblərarası daşınmasına 1.1 milyon manat ayrılıb – tender keçirilməyib

Abşeron-Xızı və Dağlıq Şirvan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin məktəblərarası daşınması xidmətlərinə 1 109 384 AZN sərf olunacaq.

1xeber.media xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, xidməti “Baku Rent Service” MMC həyata keçirəcək.

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.