Вернуться назад Распечатать

Nəsimi rayonunda çoxmərtəbəli binanın zirzəmisinə müdaxilə edilir

1xeber.media xəbər verir ki,AzTimes.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 19 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında zirzəmiyə qanunsuz müdaxilə edilib.

Məlumata əsasən, binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində “təmir işləri” adı altında aparılan işlər zamanı zirzəmi hissəsinə müdaxilə olunub. Sakinlər bildirirlər ki, bu müdaxilə binanın konstruktiv təhlükəsizliyi baxımından ciddi risk yaradır və daşıyıcı elementlərə toxunulması ehtimalı mövcuddur.Hazırda obyektin qarşısında və binanın giriş hissəsində tikinti materialları qalaq şəklində yığılıb. Bu hal sakinlərin sərbəst hərəkətinə mane olur. Xüsusilə yaşlı sakinlər və azyaşlı uşaqlar üçün təhlükəli vəziyyət yaranıb.

 Ərazi çəpərlənməyib, təhlükəsizlik qaydalarına əməl olunmur və xəbərdaredici nişanlar qoyulmayıb.Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilsə də, əraziyə gələn əməkdaşlar yalnız baxış keçirərək uzaqlaşıblar. Hər hansı işin dayandırılması və ya inzibati tədbirin görülməsi müşahidə olunmayıb.Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmi mövqeyi maraq doğurur.