Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 18 fevral 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirildi.
1xeber.media xəbər verir ki,rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinləyərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verdi.



