
Mingəçevir Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub.
1xeber.media bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı İlham İsmayılov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Tağıyev başçının köməkçisi, Tərlan Əliyeva isə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.
T.Əliyeva bundan əvvəl Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri olub.