Ukrayna danışıqlar qrupu İsveçrədə Rusiya və ABŞ nümayəndələri ilə görüşü barədə məlumat verib.
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu Telegram kanalında yazıb.
"İsveçrədəki görüşlərdən sonra danışıqlar qrupumuzdan ətraflı hesabat gəldi. Xüsusilə telefonla müzakirə edilə bilməyən aspektləri müzakirə etdik", - deyə ukraynalı siyasətçi yazıb.
O, əlavə edib ki, danışıqlar prosesində Avropa ölkələrinin rolu artmalıdır və münaqişəyə son qoymaq üçün imkanlar hələ də qalır.
Bir müddət əvvəl "The Wall Street Journal" qəzetinin jurnalisti Boyan Pançevski öz mənbələrinə istinadən bildirib ki, Zelenski Münhen Təhlükəsizlik Konfransından sonra müşavirləri ilə görüşdə növbəti üç il üçün müharibə planının hazırlanmasını əmr edib. O, həmçinin əlavə edib ki, Kiyev əvvəlcə guya Rusiya ilə sülh danışıqlarına hazırlaşırdı, lakin sonra mövqeyini qəfil dəyişib.