Вернуться назад Распечатать

Emin Hüseynovla bağlı SENSASİYA: 6 il əvvəl ermənilərdən niyə pul alıb?

Özünü “hüquq müdafiəçisi” kimi təqdim edən bloger Mehman Hüseynovun qardaşı Emin Hüseynov ilə bağlı sensasion sənəd ortaya çıxıb. Sənədə əsasən, onun 11 sentyabr 2019-cu ildə xaricdə ermənilərlə yüksək məbləğli razılaşma imzaladığı qeyd olunur.

Maraqlıdır ki, razılaşma keçmiş qondarma rejimə məxsus “artsax fondu” üzərindən həyata keçirilib.

1xeber.media xəbər verir ki,Globalinfo.az-a  danışan deputat  Hikmət Babaoğlu bildirib ki, Emin Hüseynovun Azərbaycan  əleyhinə fəaliyyət göstərmək üçün ermənilərlə eyni mövqedən çıxış etdiyini təsdiqlədiyi iddia olunan müqavilə, həm də onun Azərbaycan xalqına qarşı xəyanətinin sübutu kimi qiymətləndirilir:

“Ancaq məsələ ondadır ki, Azərbaycan xalqı Hüseynov qardaşlarının mövqeyini əvvəldən bilirdi. Bu sənədin üzə çıxması ictimai rəydə formalaşmış münasibəti bir daha təsdiqləmiş oldu. Xəyanət həm mənəvi, həm də hüquqi kateqoriyadır. Emin Hüseynovun vətənə xəyanəti mənəvi müstəvidə Azərbaycan xalqı tərəfindən qiymətləndirilir, qınanır və qəbul edilmir. Onun hərəkətlərinin hüquqi müstəvidə də qiymətləndirilməsi ilə bağlı ictimai tələb var. Minlərlə şəhidimizin ruhu bunu tələb edir. Həmin şəhidlər işğalçı orduya qarşı döyüşərək canlarını fəda ediblər. Bu baxımdan, Emin Hüseynov bu hərəkətləri ilə təkcə Azərbaycanın vitse-prezidentini gözdən salmağa çalışmır, həm də şəhidlərimizin qazandığı qələbəyə kölgə salmağa cəhd edir. Ona görə də belə şəxslər mütləq Azərbaycan qanunları qarşısında cavab verməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyev, vitse-prezident və ümumilikdə dövlət rəhbərliyi Azərbaycan xalqı üçün dəyərdir. Çünki Prezident İlham Əliyev xalqın dəyərlərinə yeni dəyərlər qatıb, mənəvi yüksəliş və qalibiyyət ruhu gətirib.

Beş min illik dövlətçilik tariximizdə bu cür liderlik hər kəsə nəsib olmur. İlham Əliyevi necə Azərbaycan xalqı seçibsə, bir o qədər də Tanrı ona bu qələbəni bəxş edib və Tanrının iradəsindən üstün iradə yoxdur. Xalqın seçdiyi şəxsə qarşı çıxmaq xalqın iradəsinə qarşı çıxmaq deməkdir.

Emin Hüseynov kimilər gəlib-gedəcəklər, lakin tarix onları xatırlamayacaq. Hüquq isə mütləq onlar barədə öz qiymətini verəcək.

Baxın, Prezident İlham Əliyev özünü və ailəsini hər cür təhdidlərə məruz qoyaraq dünyanın ən təhlükəli dövlətlərindən biri ilə mübarizə apardı. Çünki ermənilər tərəfindən yaradılmış terror təşkilatları tarix boyu bir çox siyasətçilərə qarşı sui-qəsdlər həyata keçiriblər. Ənvər Paşa və Tələt Paşa buna misal göstərilir. Bütün bunlara baxmayaraq Prezident böyük cəsarət nümayiş etdirərək qələbə qazandı. Belə olan halda, əlbəttə ki, o və ailəsi Azərbaycan üçün dəyərdir. Xalq da öz dəyərini qoruyacaq. Necə ki, Emin Hüseynovun bəzi tərəfdarları Bakıda məhkəmə qarşısına çıxarılıb cəzalandırıldı, növbə digərlərinə də çata bilər”.

Razılaşma sənədinin fotosu: