BRICS təcili olaraq mövcud olana alternativ infrastruktur yaratmalı və qrupun yarandığı dövrdə irəli sürülən ideyaları həyata keçirməlidir.
1xeber.media xəbər verir ki, bu çağırışı Ankara İnstitutunun Tədqiqat Direktoru Taha Özhan Lenta.ru-ya verdiyi müsahibədə edib.
Özhanın sözlərinə görə, BRICS-in siyasi vizyonu və öz infrastrukturu yoxdur. O, alternativ iqtisadi və təhlükəsizlik sistemi olmadan qrupun qlobal səhnədə əsl güc mərkəzinə çevrilə bilməyəcəyini vurğulayıb.
"İndi olmasa, onda BRICS əvvəldən bildirilən ideyaları nə vaxt həyata keçirəcək? ABŞ-ın öz maraqları üçün istifadə etdiyi mövcud iqtisadi və ticarət sisteminə alternativ infrastruktur yaratmalıyıq", - deyə politoloq vurğulayıb.
2024-cü ilin sentyabr ayında Türkiyə BRICS hökumətlərarası assosiasiyasına tamhüquqlu üzvlük üçün müraciət edib.