22 fevral tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi
1xeber.media xəbər verir ki,tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Rollarda: Daniel-Rasəf Mehdiyev,
Florans-Aybəniz Cahangirova,
Komissar- Türkay Cəfərli,
Rəssam- Orxan Abışov,
Tibb bacısı - Gülarə Məmmədova,
Keşiş - Gündüz Qasımov çıxış etdilər.
Robert Tomasın dedektiv janrda yazdığı "Tələ" əsəri arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs edir.
Öldürdüyü xanımının "sağ" olduğunu öyrənən Danielin durumu hər kəsi inandırmağa çalışması ətrafdakıların onu xəstə kimi qəbul etməsi tamaşaçını sona kimi hadisələrin içində saxlayır. Hadisələr getdikcə daha mürəkkəb hal alır, gerçəkliklə yalan bir-birinə qarışır, komik vəziyyətlər yaranır.
Tamaşa tamaşaçı alqışları ilə qarşılandı.



