Вернуться назад Распечатать

İslam Rzayev haqda - Yeni qərar

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev barəsində daha bir qərar verilib.

1xeber.media-nın  məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işi üzrə ibtidai istintaqın uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Vəsatətdə təqsirləndirilən şəxsin həbsinin davamının zəruri olduğu qeyd edilib. 

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayıb. Qərara əsasən, İslam Rzayevin həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, DTX 3 ay əvvəl Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı külli miqdarda mənimsəmə və təkrar rüşvət alma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.