Abşeron Rayon Mərkəzi Xəstəxanası-nın direktoru Səkinə Sadıxova arxa-dayağı olan, TƏBİB-nin keçmiş direktoru Vüqar Cavanşir oğlu Qurbanov Prezident tərəfindən vəzifəsindən azad olunduqdan sonra media mənsublarına üz tutaraq özünü təriflətməklə məşğuldur. Artıq yerli KİV-də bunu sübut edən xeyli "sənət əsəri" peyda olub.
Görəsən, bu addımı atmaqla nəyə nayil olmaq istəyir? Səkinə xanım, Abşeron mərkəzi xəstəxanasına təyinat aldıqdan bir müddət sonra öz doğma bacısını Masazır Sağlamlıq Poliklinikasına baş həkim kimi əmr imzalayaraq ailə podaratı yaratmağa başlayır. Elə ki, Vüqar Qurbanov TƏBİB-in direktoru vəzifəsindən azad edilir... bundan sonra qara günləri başlayan S.Sadıxova özünə MƏTBU DAYAQ formalaşdırmağa başlayıb. Düşünür ki, bu yolla vəzifəsini qoruya biləcək, yeni rəhbərliyin xoşuna gələcək...
Mənbə: Reportyor.tv