Вернуться назад Распечатать

Şahdağdakı otellərdə Yeni il ərəfəsində qiymətlər "ƏL YANDIRIR" - RƏSMİ AÇIQLAMA

"Şahdağ Turizm Mərkəzi"ndə otellərdə Yeni il ərəfəsində 3 günlük paketin qiyməti 1000 manatdan başlayır 1800 manatadək davam edir.

1xeber.media xəbər verir ki, bunu brifinqdə Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib.

 Mərkəz sədrinin sözlərinə görə, bura 2 nəfərlik səhər yeməyi daxildir. 

 "3 gecə 2 günlük istirahət paketinə 31 dekabr qala gecəsi daxildir. Həmin ərəfədə mərkəzdə müxtəlif əyləncə proqramları olacaq".