Вернуться назад Распечатать

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi şəxsinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

1xeber.media  oxu.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi Azərmaş Park MMC olub.

Belə ki, 24 avtomobilin satın alınmasına 390 600 manat xərclənəcək.