Ukrayna hərtərəfli səfərbərlik islahatına hazırlaşır.
1xeber.media xəbər verir ki, Müdafiə naziri Mixaylo Fedorov bu barədə Telegram-da açıqlama verib.
"Hazırda hərtərəfli səfərbərlik islahatı üzərində işləyirik. İllər ərzində yığılan problemləri həll etmək üçün sistemli bir həll yolu təklif edəcəyik", - deyə o yazıb.
Fedorov öz paylaşımında hərbi xidmətdən möhlət almaq prosesinin avtomatlaşdırılmasını müzakirə edib. O bildirib ki, bu, möhlət almaq hüququnun təsdiqlənməsi prosesini xeyli asanlaşdırır.
Əvvəllər Ukrayna Prezidenti Volodymyr Zelenski səfərbərliyin ləğvini təklif etmişdi. O, Ukraynanın büdcəsi varsa, ordusunu müqaviləli xidmətə keçirməyə və səfərbərliyi ləğv etməyə hazır olacağını bildirib.