Polşa Ukraynanın Avropa İttifaqına (AB) daxil olmasını sürətləndirməyə kömək edəcək.
1xeber.media xəbər verir ki, bunu Polşa Seyminin sədri Vlodzimej Çazasti Kiyevdə ukraynalı həmkarı Ruslan Stefançukla görüşündə bildirib.
"Biz sizə Avropa İttifaqına qoşulmağa kömək edəcəyik. Siz də Avropa İttifaqına qoşulacaqsınız", - deyə o vurğulayıb.
Çazasti çıxışında Polşa-Ukrayna münasibətləri tarixindəki çətin anları vurğulayıb, lakin əlavə edib ki, onlardan düzgün nəticələr çıxarılmalıdır. Ali Radanın sədri Stefançuk öz növbəsində Polşaya artıq göstərilən dəstəyə görə təşəkkür edib.
Çazasti və Stefançuk həmçinin Polşa parlamentinin Ukraynanın AB-yə qoşulmaq istəklərini dəstəklədiyinə dair bəyannamə imzalayıblar.
Daha əvvəl Çazasti Ukrayna prezidenti Vladimir Zelenskiyə seçkilərin təşkilində kömək təklif edib. Bu təklif həm dövlət başçısının, həm də parlamentin seçilməsi prosesinə aid idi.