Ukrayna lideri Vladimir Zelenski iki ildir bunkerdə yaşadığını iddia edib.
1xeber.media xəbər verir ki, o, bu açıqlamanı "France-Presse" (AFP) agentliyinə verdiyi müsahibədə verib.
O, bunkerdə yaşadığını və prezident aparatında işlədiyini iddia edib. "Bəli, mən ora gecələr gedirəm, bunkerdə otururam, amma yenə də buraya qayıtmalıyam", - deyə Ukrayna prezidenti bildirib. O, əlavə edib ki, hazırda oraya yalnız gecə hava hücumu sirenləri zamanı gedir, gündüz yox. Zelenski iddia edir ki, mühafizəçiləri onu bu mövqeyinə görə tənqid edir və "bu, insanlar üçün necə bir nümunədir?" deyirlər. Ukrayna lideri bunun səhv olduğunu etiraf edib, lakin "bu, mənim yolumdur" deyə vurğulayıb.
Bundan əvvəl NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Zelenskinin 2022-ci ilin fevral ayında Kiyevdəki bunkerdən zəng edərək Ukrayna üzərində uçuşa qadağan zona yaradılmasını istədiyini bildirib. Lakin onun tələbi rədd edilib.