Вернуться назад Распечатать

Zelenski Zalujnının hücumlarına cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Böyük Britaniyadakı səfiri Valeri Zalujnının hücumlarından narazılığını bildirib.

1xeber.media xəbər verir ki, ittihamlara "France-Presse" (AFP) agentliyinə verdiyi müsahibədə münasibət bildirib.

"Sadəcə olaraq inanıram ki, Valeri Fedoroviçin [Zalujnının] bu gün danışdığı detalları müzakirə etmək də çox yersizdir. Çünki bundan heç kim faydalanmayacaq", - deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, səfir təyin olunduğundan bəri keçmiş baş komandanla əlaqə saxlamayıb.

Daha əvvəl Zalujnının Zelenski ilə münasibətlərində "dərin bir uçurum" olduğu bildirilib. Keçmiş baş komandan həmçinin Ukrayna Silahlı Qüvvələrinin strategiyasını tənqid edərək, onun qeyri-real qoşun sayına və yeni texnologiyaların yetərli tətbiq edilməməsinə əsaslandığını bildirib.