Вернуться назад Распечатать

Zurabişvili seçkilərin nəticələri ilə bağlı ilk açıqlamasını verib

Zurabişvili Gürcüstanda keçirilən prezident seçkiləri haqqında: heç kim heç kimi seçməyib.

1xeber.media xəbər verir ki, dekabrın 14-də Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən seçkilərdən danışaraq, heç kimin heç kimi seçmədiyini deyib.

“Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib”, - Mtavari telekanalı onun sözlərini sitat gətirib.

Gürcüstan lideri Tbilisidəki Orbeliani sarayında iştirak edən hər kəsə minnətdarlığını bildirib və “vətəndaşları və ölkənin gələcəyini sona qədər müdafiə edəcəyini” qeyd edib.