Вернуться назад Распечатать

Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır

Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 65-ci pillədə qərarlaşıb.

1xeber.media "Forbes"a istinadən xəbər verir ki, 31,8 milyard dollar şəxsi sərvəti olan iş adamı 2025-ci illə müqayisədə sərvətini 3,1 milyard dollar artırıb.

Xatırladaq ki, 75 yaşlı Vahid Ələkbərov Azərbaycan Neft və Kimya İnstitutunu (indiki ADNSU) bitirib.