Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının gecə hücumundan sonra Oryol vilayətində yanacaq infrastrukturu obyektində vəziyyət nəzarət altındadır.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 14-də vilayətin qubernatoru Andrey Klıçkov məlumat verib.
“Hadisə regiondakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla mühüm infrastruktur bölmələrinin və obyektlərinin fəaliyyətinə heç bir şəkildə təsir göstərməyib”, o, Teleqram kanalında yazıb.
Klıçkov bildirib ki, hazırda yanğın tamamilə lokallaşdırılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Mütəxəssislər havanın keyfiyyətini və ətraf mühitin vəziyyətini izləyirlər.
Təhlükəli konsentrasiya aşkar edilərsə, müvəqqəti yerləşdirmə məntəqələri təşkil ediləcək.