Вернуться назад Распечатать

Məhşur biznesmen həyatını itirdi

İspaniyalı milyarder, “Mango” geyimlər şəbəkəsinin qurucusu İsak Andik Barselona əyalətində dağlarda ölüb.

Onun 71 yaşı var idi. 

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 14-də “Pais” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, faciə Salnitre mağaralarının yaxınlığında 150 m hündürlükdə ekskursiya zamanı baş verib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Mango şirkəti təsisçinin ölümünü təsdiqləyib.Mətbuat mərkəzinin saytında deyilir: “Dərin təəssüf hissi ilə bu şənbə günü baş vermiş qəza nəticəsində “Mango” şirkətinin yaradıcısı İsak Andikin gözlənilmədən dünyasını dəyişdiyini bildiririk.

Forbes Andik və ailəsinin sərvətini 4,5 milyard dollar qiymətləndirib.