ABŞ Dəniz Piyadaları Korpusu (DPK) KC-130J tanker təyyarələrini (C-130 Hercules nəqliyyat təyyarələri ailəsinin bir hissəsi) Hellfire idarə olunan raketləri ilə silahlandıran Harvest Hawk sistemini köhnəlmiş elan etdi.
1xeber.media xəbər verir ki, bir vaxtlar məşhur olan sistem aktuallığını itirib.
Qeyd olunur ki, DPK köhnəlmiş platformaların müasir şəraitə uğurlu uyğunlaşması haqqında nəşrlərdə tez-tez yer alan sistemi "səssizcə" istismardan çıxarıb. Harvest Hawk Terrorla Mübarizə zamanı böyük təyyarələri atəş dəstəyinə çevirib.
DPK sözçüsü qeyd edib ki, raketlər artıq KC-130J-də istifadə olunmayacaq. "Bu qərar məhdud istifadəyə əsaslanır - sistem sonuncu dəfə 2014-cü ildə sınaqdan keçirilib - intensiv texniki xidmət və bahalı ekipaj təlimi xərcləri ilə müqayisədə", - deyə o bildirib.