Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin Ukraynanın Avropa İttifaqına (AB) qoşulması ilə bağlı şərhlərini lağa qoyub.
1xeber.media xəbər verir ki, o, öz reaksiyasını rəsmi Telegram kanalında paylaşıb.
Diplomat zarafatla deyib: "İndi ginekoloq fon der Leyenin "üzvlük" sözü ilə nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq istəyirəm".