Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib.
1xeber.media "qafqazinfo"ya istinadən xəbər verir ki, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
*** 18:33
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.
1xeber.media xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində, DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.
O, şahid qismində ifadə verməyə dəvət olunub.