Вернуться назад Распечатать

Sabiq deputatın nəşi Bakıya gətirildi

Türkiyədə əməliyyat masasında ölən keçmiş millət vəkilinin nəşi Bakıya gətirilib.

1xeber.media Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində ürəyindən əməliyyat edilən zaman dünyasını dəyişən sabiq millət vəkili Mahir Aslanovun nəşi ötən gün Bakıya gətirilib.

Hazırda onun yaşadığı evdə vida mərasimi keçirilir. Keçmiş deputat vida mərasimindən sonra Yasamal rayon qəbiristanlığında dəfn ediləcək.