Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qarabağ elmi bölməsinin yaradılması nəzərdə tutulub.
1xeber.media xəbər verir ki, bu, AMEA-nın 2025-ci il üzrə ümumi yığıncağının yekun qərarında əks olunub.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur, Qərbi Azərbaycan mövzusunda araşdırmalar genişləndiriləcək. ("Report")