Xəbər verdiyimiz ki mi,bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Maraqlı məqam isə iclas zamanı zalda sükutun hökm sürməsidir. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkir.
Məsələyə vəkil Aslan İsmayılov özünəməxsus şəkildə şərh bildirib.
1xeber.media xəbər verir ki,vəkil özünün Facebook səhifəsində bununla bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik:
Azərbaycanın əsas elm ocağında olan vəziyyət…
"Fotolar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasındandır.
Heyf Sizlərdən - Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Azad Mirzəcanzadə. Sizin yaratdığınız, dünyaya tanıtdığınız Azərbaycan Elmlər Akademiyası bu gün lağ obyektinə çevrilib."