Вернуться назад Распечатать

Trampın Zelenski ilə telefon danışığı məlum olub

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparır.

1xeber.media xəbər verir ki, bu barədə Axios jurnalisti Barak Ravid sosial media platforması X-də məlumat verib.

"Vəziyyətlə tanış olan mənbəyə görə, Prezident Tramp Ukrayna prezidenti Zelenski ilə telefon danışığı aparır", - deyə o, əlavə məlumat vermədən yazıb. Ukrayna tərəfi heç bir danışıqlar barədə açıqlama verməyib.

Daha əvvəl Ukrayna lideri Trampın Rusiya və Ukraynanın böyük bir mərasim zamanı sülh müqavilələri imzalamasını tələb etdiyini bildirmişdi. Lakin Zelenski fərqli bir sülh addımları ardıcıllığında israr edir. Ukrayna liderinin sözlərinə görə, münaqişəyə son qoymaq Vaşinqtonda Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təsdiqlənməsi ilə başlamalıdır.