Moskva vaxtı ilə saat 14:00 ilə 20:00 arasında hava hücumundan müdafiə qüvvələri 13 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat verib.
Dronların əksəriyyəti (beş) Qara dəniz üzərində vurulub. Kursk vilayətində və Krım Respublikasında hər biri üç PUA məhv edilib. Bryansk vilayətində daha iki dronu da məhv edilib.
Daha əvvəl Rusiya hava hücumundan müdafiə qüvvələrinin Krım üzərində 18 dronu məhv etdiyi bildirilirdi. Rusiya bölgəsinə hücum Ukrayna prezidenti Vladimir Zelenskinin 1991-ci il sərhədlərinə qayıtmaq barədə verdiyi açıqlamalardan sonra baş verib.