Xəbər verdiimiz kimi, dünən axşam saatlarında Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda 15 yaşlı yeniyetmə məşq zamanı ehtiyatsızlıqdan 14 yaşlı idmançının ölümünə səbəb olub. Baş verən hadisə müzakirələrə yol açıb. Bir çoxları bildirir ki, müəllim və 15 yaşlı yeniyətmə həbs olunmalıdır.
Bəs, qanun buna nə deyir?
Ümumiyyətlə, məşq zamanı ehtiyatsızlıqdan ölümə səbəb olan kəslər məsuliyyətə cəlb olunmalıdırmı?
Globalinfo.az-adanışan vəkil Mehman Muradlı deyib ki, bu məsələdə hadisəni törədən şəxsin də yaş amili vacibdir.
Onun sözlərinə görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verdikdə 16 yaşdan, qəsdlə öldürən zaman isə 14 yaşdan məsuliyyətə cəlb edilir:
“Bu cür hadisələrdə alternativ sanksiyalar da nəzərdə tutulub. Bundan başqa, 2 il müddətinə qədər də həbs var. Orda əsas amil həmin məşq zalının və məşqçinin lisenziyasının olub-olmamasıdır. Bunlar hamısı şərtdir. Uşaqlara qaydalar göstərilməli, bədənin hansı hissəsinə toxunduqda nələrin baş verəcəyi izah olunmalıdır”.